Yaponiyanın Kyushu Adasında baş verən 7.1 bal gücündə zəlzələdə 13 nəfər həyatını itirdi.
Yaponiyanın cənubundakı Kyushu Adasındakı Kumamoto prefekturasında dünən yerli vaxtla 16:27-də baş verən 7.1 bal gücündə zəlzələdə 13 nəfər həyatını itirdi. Rəsmilər bölgədə 9 min 872 nəfərin təxliyə edildiyini bildirərək, adadakı bütün qatar reyslərinin dayandırıldığını açıqladılar. Zəlzələdən sonra böyüklükləri 1 ilə 4 arasında dəyişən 60-dan çox təkan qeydə alınıb. Titrəmə sonrası verilən sunami xəbərdarlığı isə iki saat ərzində ləğv edildi.