İordaniya: İrandan atılan 5 raket vuruldu
İordaniya ordusu, İrandan atılan 5 raketin hava müdafiə sistemləri tərəfindən vurulduğunu bildirdi.

İordaniya ordusu, hava müdafiə sistemlərinin, müşahidə və izləmə fəaliyyətləri çərçivəsində günün erkən saatlarında İrandan ölkə ərazisinə atılan 5 raketi aşkar edərək məhv etdiyini açıqladı. İordaniya Silahlı Qüvvələrinin ölkə hava məkanını qoruma, təhlükəsizliyi və suverenliyi qoruma vəzifəsini davam etdirdiyi bildirilən açıqlamada, ölkənin və vətəndaşların təhlükəsizliyini təhdid edən heç bir cəhdə icazə verilməyəcəyi qeyd edildi.