Yaponiyadakı zəlzələdə həyatını itirənlərin sayı 28-ə yüksəldi
Yaponiyada baş verən zəlzələdə həyatını itirənlərin sayı 28-ə yüksəlib.

 

Yaponiyanın Kumamoto prefekturası hökuməti, Kyushu Adasında baş verən 7.1 bal gücündəki zəlzələdə 28 nəfərin həyatını itirdiyini, 62 nəfərin isə yaralandığını açıqladı. Prefektura rəsmiləri, təxminən 34 min 900 evə elektrik, 15 min evə isə su verilmədiyini bildirdi. Yaponiya Məkan Məlumatları Agentliyi, zəlzələ səbəbindən bəzi səthlərdə 87 santimetrə çatan sürüşmələrin aşkar edildiyini qeyd etdi.