Kubanın sanksiya açıqlaması
Kuba hökuməti, ABŞ-ın tətbiq etdiyi iqtisadi embarqo səbəbindən ölkəyə göndərilməsi planlanan ticarət mallarını daşıyan 7 mindən çox konteynerin beynəlxalq limanlarda bloklandığını və ya göndərişinin gecikdirildiyini bildirdi.

 

Kuba Baş nazir müavini Perez-Oliva, paytaxt Havanadakı Milli Xalq Hakimiyyəti Məclisində ABŞ-ın Kubaya tətbiq etdiyi sanksiyalarla bağlı danışdı. Perez-Oliva, beynəlxalq ticarət qaydalarına uyğun şəkildə qanuni yollarla alınan və qida, enerji ilə su sektorları üçün zəruri resursların yanı sıra dərman daşıyan 7 mindən çox konteynerin Karib limanlarında saxlanıldığını iddia etdi. ABŞ-ın ilin əvvəlindən etibarən Kubaya yönəlik təzyiqi daha da artırdığını deyən Perez-Oliva, "Ölkəmizə tətbiq olunan enerji mühasirəsi yetməzmiş kimi, bütün Kuba xalqına yönəlik kütləvi cəzalandırma siyasəti və artaraq davam edən təzyiq bunun sübutudur" ifadələrini işlətdi.