Argentinada helikopter qəzası: 7 ölü
Argentinanın San Juan əyalətində helikopterin düşməsi nəticəsində 7 nəfər həyatını itirib.

San Juan valisi Marcelo Orrego sosial media hesabından etdiyi açıqlamada, 'Bell 412' tipli helikopterin San Juan'a bağlı Ischigualasto Dövlət Parkı bölgəsində hələ müəyyən edilməmiş bir səbəbdən düşdüyünü bildirdi. Orrego, “Əyalətimizdə baş verən və təəssüf ki, 7 nəfərin həyatını itirdiyi helikopter qəzasının xəbərini dərin kədər hissi ilə almışıq. Bu böyük ağrı anında bütün qurbanların ailələrinə ən səmimi başsağlığımı çatdırmaq istəyirəm. Sevdiklərini itirənlərin hər birinin yanındayıq” ifadələrini istifadə etdi.

Həyatını itirənlər arasında San Juan Mülki Müdafiə Direktoru Carlos Heredia, Dövlət Təhlükəsizlik Müdir Müavini German Videla və Yanğınsöndürmə İdarəsi Başçılığında çalışan polis müdirləri Ruben Castro və Jorge Carbajal'ın da yer aldığı bildirildi.