ABŞ: İrana qarşı yeni hücum dalğası tamamlandı
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı, İran İnqilab Keşikçiləri Ordusuna yönəlik yeni hücum dalğasının tamamlandığını elan etdi.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, "ABŞ şərq vaxtı ilə saat 22:00-dan etibarən CENTCOM qüvvələri, ABŞ qüvvələrinə edilən hücumlara cavab olaraq başladığı yeni hücum dalğasını tamamlamışdır" ifadələri istifadə edildi.

Yeni hücum dalğasında, İran İnqilab Keşikçiləri Ordusuna aid hərbi komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatı (PUA) obyektləri, sahil müşahidə və müdafiə mərkəzləri və dənizçilik qabiliyyətlərinin vurulduğu qeyd edilən açıqlamada, "Hücumlar, İran və onun vasitəçi qüvvələrinin Amerika qüvvələrinə, ticarət gəmiçiliyinə və qonşu Körfəz ölkələrinə yönəlik təhdidlərini daha da azaltmağı məqsəd qoyurdu" deyildi.

Açıqlamada, 50 mindən çox ABŞ əsgərinin Orta Şərqdə vəzifəyə hazır vəziyyətdə gözlədiyi də bildirildi.