İtaliyada 27 şəhərdə 'qırmızı xəbərdarlıq' verildi
İtaliyada aşırı istilər səbəbindən 27 şəhərdə 'qırmızı xəbərdarlıq' verildi.

İtaliya Səhiyyə Nazirliyinin yayımladığı bülletendə, 25 şəhərdə tətbiq olunan 3-cü səviyyə 'qırmızı xəbərdarlıq' sisteminə daha iki şəhər əlavə edildi. Səhiyyə Nazirliyi, '3-cü səviyyə' olaraq təyin olunan qırmızı xəbərdarlığın, uzun müddətli aşırı istilərin cəmiyyətin bütün üzvləri üçün sağlamlıq riski yaratdığını açıqladı. Rəsmilər, İtaliyanın bəzi bölgələrində istiliklərin son günlərdə 40 dərəcəyə yaxınlaşması üzərinə vətəndaşları saat 11:00 ilə 18:00 arasında birbaşa günəş işığından qaçınmaları və gündə ən az 1,5 litr su istehlak etmələri barədə xəbərdar etdi.