ABŞ Prezidenti Trampdan 'İran' açıqlaması
ABŞ Prezidenti Donald Tramp, görüşmələrin uğursuz olması halında İranı ‘sərt şəkildə’ vurmağa hazır olduqlarını bildirdi.

ABŞ Prezidenti Donald Tramp Nevada ştatının Las-Veqas şəhərində keçirilən iqtisadi mövzulu tədbirdə çıxış etdi. İranla bağlı açıqlama verən Tramp, İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini söylədi. Tramp, “Onlarla anlaşma etməyi üstün tuturam çünki insanları öldürmək istəmirəm. İkinci Dünya Müharibəsindən bəri ən böyük hücumu başlatmağa hazır idik, lakin Körfəz liderləri və İranlı rəsmilərdən gələn hücumu dayandırma və görüşmə tələbinə müsbət cavab verərək planladığımız hücumları dayandırdıq. Məni aradılar və ‘danışaq’ dedilər. Hal-hazırda görüşürük” ifadələrini işlətdi.

Görüşmələrin uğursuz olması halında İranı ‘sərt şəkildə’ vurmağa hazır olduqlarını qeyd edən Tramp, “Əsas məqsədimiz İranın nüvə silahına sahib olmamasını təmin etməkdir” dedi.