Şimali Kipr Türk Cümhuriyyətində yüksək hava temperaturu səbəbindən günorta saatlarında açıq havada işləmək 10 gün müddətinə qadağan edildi.
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Əmək və Sosial Müdafiə Nazirliyi yüksək temperatur səbəbindən 5 avqustdan 15 avqusta qədər, saat 12:00-dan 16:00-a qədər açıq havada və birbaşa günəş altında işləməyi qadağan etdi. Nazirliyin açıqlamasında, tənzimləmənin xüsusilə yüksək temperatura birbaşa məruz qalan işçilərin günvurma, həddindən artıq maye itkisi və oxşar sağlamlıq risklərindən qorunması məqsədilə alındığı bildirildi.
Açıqlamada, məskunlaşma sahəsi xaricində aparılan kənd təsərrüfatı və tikinti sektoru fəaliyyətlərində işəgötürənlərin işlərin təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə işə başlama saatlarını daha erkən ala biləcəyi bildirildi. Erkən işə başlama tətbiqi çərçivəsində tikinti sahələrinə, hazır beton, digər tikinti materialları ilə iş maşınlarının daşınması və göndərilmə saatlarının da işəgötürənlər tərəfindən müəyyən edilə biləcəyi qeyd edilən açıqlamada, işəgötürənlərin zəruri həssaslıq göstərmələri istəndi.