CENTCOM 'ABŞ döyüş gəmiləri vuruldu' iddiasını təkzib etdi
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), İran İnqilab Keşikçiləri Korpusunun Orta Şərqdə fəaliyyət göstərən 2 ABŞ döyüş gəmisini vurduğu iddialarını təkzib edərək, heç bir ABŞ döyüş gəmisinin vurulmadığını bildirdi.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sosial media hesabından edilən açıqlamada, İran İnqilab Keşikçiləri Korpusu qüvvələrinin Orta Şərqdə yerləşən 2 ABŞ Hərbi Dəniz Qüvvələri döyüş gəmisini vurduğu iddialarının tamamilə əsassız olduğu müdafiə edildi. Heç bir ABŞ döyüş gəmisinin vurulmadığının qeyd edildiyi açıqlamada, İran İnqilab Keşikçiləri Korpusunun bütün hücum cəhdlərinin uğursuzluqla nəticələndiyi ifadə edildi.

Açıqlamada həmçinin ABŞ qüvvələrinin son bir həftə ərzində İrana məxsus 10 tankeri məhv etdiyi bildirildi. Sözügedən dəniz vasitələrinin İran İnqilab Keşikçiləri Korpusunu maliyyələşdirən milyardlarla dollarlıq kölgə şəbəkəsinin bir hissəsi olduğu irəli sürüldü.