Zelenski: Rusiyanın hücumlarında 5 nəfər həlak oldu
Ukrayna Prezidenti Volodimir Zelenski, “Rusiyanın həyata keçirdiyi pilotsuz uçuş aparatları hücumlarında 5 nəfər həyatını itirdi” dedi.

 

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından etdiyi açıqlamada, Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirdi. Zelenski, Sumidə bir Rusiya PUA-sının ticarət mərkəzi yaxınlarına hücum etdiyini qeyd edərək, “2 nəfər həlak oldu, 14 nəfər yaralandı. Kiyevdə 9 mərtəbəli binaya edilən hücumda isə 1 nəfər həyatını itirdi, 7 nəfər yaralandı. Yaralılar arasında 2 uşaq var. Rusiya Mikolayivə də intensiv hücumlar etdi. Təəssüf ki, 2 nəfər həlak oldu, 7 nəfər yaralandı,” ifadələrini işlətdi.