Filippin sahillərində sərnişin bərəsində baş verən yanğında 5 nəfər həyatını itirdi, 87 nəfər itkin düşdü.
Filippin mətbuatı, paytaxt Manila'dan Palavan əyalətinin Koron bölgəsinə gedən sərnişin bərəsində hələ müəyyən edilməmiş səbəbdən yanğın çıxdığını bildirdi. Rəsmilər, 117 sərnişin və 17 ekipaj üzvü olmaqla 134 nəfərin olduğu bərənin alov alması nəticəsində 5 nəfərin həyatını itirdiyini bildirdi. 42 nəfərin xilas edildiyini bildirən rəsmilər, itkin düşən 87 nəfər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini açıqladı.