Hollandiyada Qərbi Nil virusu həyəcanı: 3 ölü, yoluxma sayı 18-ə yüksəldi
Hollandiyada avqust ayından bəri Qərbi Nil virusu aşkarlanan 3 nəfərin həyatını itirdiyi və ümumi yoluxma sayının 18-ə yüksəldiyi açıqlandı.

Hollandiya Milli Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutundan (RIVM) verilən açıqlamada, avqust ayından bəri virus səbəbindən 3 nəfərin həyatını itirdiyi, aşkarlanan ümumi yoluxma sayının isə 18-ə çatdığı bildirildi. Həftəlik hesabatda, elmi bir araşdırma çərçivəsində müəyyən edilən bir yoluxma istisna olmaqla, digər xəstələrin simptomlar göstərmələri üzərinə qaldırıldıqları xəstəxanalarda diaqnoz edildiyi qeyd olundu.

Açıqlamada, xəstələrin virusu Utrecht, Şimali Brabant, Şimali Hollandiya, Cənubi Hollandiya, Overijssel və Gelderland əyalətlərində yoluxmuş ağcaqanadların dişləməsi nəticəsində tutduğu qeyd edildi. RIVM məlumatlarına görə, infeksiyaların təxminən 80%-i simptom göstərmir, 19%-lik hissədə isə qripə bənzər simptomlar müşahidə olunur. Yoluxmaların təxminən 1%-ində isə nevroloji simptomların müşayiət etdiyi ağır xəstəlik tablosu inkişaf edir.