Braziliyanın Mato Grosso əyalətində kiçik bir təyyarənin kənd bölgəsinə düşməsi nəticəsində 3 nəfər həyatını itirib.
Yerel hakimiyyət orqanlarının verdiyi məlumata görə, hadisə ölkənin mərkəzi-qərb hissəsində yerləşən Mato Grosso əyalətinə bağlı Agua Boa şəhərinin kənd bölgəsində baş verib. Şəhər mərkəzindən təxminən 18 kilometr, əyalət paytaxtı Cuiaba'dan isə 730 kilometr məsafədə düşən kiçik təyyarə, zərbənin təsiri ilə alovlanaraq tamamilə yanıb.
Yerel saatla 08.50 radələrində bölgəyə göndərilən yanğınsöndürmə qrupları, yanğını nəzarət altına almaq üçün təxminən 4 min litr su istifadə edib. Düşən təyyarənin qalıqlarında aparılan işlərdə tamamilə yanmış halda tapılan 3 nəfərin cansız bədəni, şəxsiyyətin müəyyən edilməsi və məhkəmə ekspertizası üçün məhkəmə-tibbi ekspertiza müəssisəsinə aparılıb.
Təyyarənin qalxış və eniş marşrutu ilə bağlı hələlik məlumat paylaşılmasa da, hadisənin səbəbinə dair araşdırma başlanıb.