İran Prezidenti Mesud Pezeşkiyan, “ABŞ, İran xalqına zorakılıqla boyun əydirə bilməyəcək, İran təslim olmayacaq” dedi.
İran Prezidenti Mesud Pezeşkiyan sosial media hesabından etdiyi açıqlamada, ABŞ-ın İran xalqını zorakılıqla boyun əydirə bilməyəcəyini bildirdi. İranın təslim olmayacağını vurğulayan Pezeşkiyan, “Əgər amerikalılar döyüşçüdürsə, qoy qəhrəman hərbi qüvvələrimizin qarşısına çıxsınlar. Niyə mülki infrastruktur, qida mənbələri və dolanışıq vasitələrinə müharibə elan edirlər? Əgər insandırlar, niyə insanların suya, qidaya və dərmana çıxışını əngəlləyirlər?” ifadələrini işlətdi.