Oman, Hörmüz Boğazı görüşünün təxirə salındığını elan etdi
Oman Xarici İşlər Naziri Bədr əl-Busaidi, Hörmüz Boğazı ilə bağlı planlaşdırılan regional görüşün tarixinin dəyişdirildiyini bildirdi.

 

Oman Xarici İşlər Naziri Bədr əl-Busaidi sosial media hesabından etdiyi paylaşımda, bu gün Omanın Salalah şəhərində keçirilməsi planlaşdırılan regional görüşün təxirə salındığını bildirdi. Busaidi, qərarın razılığa gəlmək üçün alındığını qeyd edərək, "Regionda sabitliyi və davamlı əməkdaşlığı dəstəkləyən dialoqu gücləndirməyə bağlılığımız davam edir" ifadələrini işlətdi.