İndoneziyanın Java Adasının şərqindəki Semeru Vulkanında 3 dəfə partlayış baş verdiyi bildirilib.
İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyi (BNPB), Java Adasının şərqində Lumajang və Malang bölgələrinin sərhədində yerləşən Semeru Vulkanının yenidən fəallaşdığını elan etdi. Açıqlamada, vulkanın 3 dəfə partladığı və 800 ilə 1000 metr hündürlüyə kül püskürtdüyü qeyd edildi. Vulkanik fəaliyyətlərin müşahidə edilməyə davam edildiyi vurğulanan açıqlamada, İndoneziyanın həyəcan sisteminə görə vulkanın təhlükə səviyyəsinin '3-cü səviyyə' olduğu bildirildi. Rəsmilər, bölgə sakinlərinə krater ətrafından uzaq durmaları barədə xəbərdarlıq etdilər.