Tramp: Ukrayna və Rusiya bir-birinin enerji obyektlərini hədəf almayacaq
ABŞ Prezidenti Donald Tramp, Ukrayna və Rusiyanın bir-birinin enerji obyektlərini hədəf almamağa razılaşdıqlarını bildirdi.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda Ukraynanın Rusiya enerji obyektlərini hədəf almamağa razılaşdığını bildirərək, "Rusiya da eyni şeyi etməyə razılaşdı. Dünyada dizel qiymətlərinin artmasının əsas səbəbi İran deyil, böyük ölçüdə Rusiya-Ukrayna Müharibəsidir" ifadələrini işlətdi.

Tramp digər paylaşımında isə ölkə üzrə qiymət artımlarından keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyasının məsul olduğunu irəli sürdü. Bayden dövründə neft qiymətlərinin indiki səviyyəsindən daha yüksək olduğunu qeyd edən Tramp, özlərinin isə 'İranın nüvə silahına sahib olmasını əngəllədiklərini' bildirdi. Tramp, "İran ilə hərbi qarşıdurma sona çatar-çatmaz neft qiymətləri də sürətlə düşəcək, bu çox uzun sürməyəcək" açıqlamasında bulundu.