ABŞ kosmosda silahlarının olduğunu qəbul etdi
ABŞ Hava Qüvvələri Naziri Troy Meink, ABŞ-ın orbitdə bir kosmos silahı yerləşdirdiyini qəbul etdi.

ABŞ Hava Qüvvələri Naziri Troy Meink Hava, Kosmos və Kiber Konfransında çıxış etdi. Ölkəsinin orbitdə bir kosmos silahı yerləşdirdiyini ilk dəfə təsdiqləyərək bu cür hücum qabiliyyətlərinə malik olduğunu qəbul edən Meink, “Bu silah, ABŞ qüvvələrini düşmən hərəkətlərinə qarşı qorumaq üçün zəruridir. ABŞ inkişaf edən təhdidlərə hazırdır” dedi.

Meink, silahın qabiliyyətləri və ya orbitə nə vaxt yerləşdirildiyi barədə məlumat paylaşmadı.