Keçmiş ABŞ Prezidenti Barak Obama hökumətləri süni intellektə dair konkret tənzimləmələr və qanunlar hazırlamağa çağırıb.
Keçmiş ABŞ Prezidenti Barak Obama sosial media hesabından etdiyi açıqlamada, süni intellektin təhlükəsizlik, məşğulluq və uşaqlar üzərindəki mümkün təsirlərinə qarşı hökumətlərin daha çox addım atması lazım olduğunu bildirdi. Süni intellektin inkişafının tamamilə dayandırıla bilməyəcəyini qeyd edən Obama, “Süni intellektin inkişafını və istifadəsinin necə olacağını birlikdə müəyyən edə bilərik. Bu həftə, süni intellekt sahəsində öncü tədqiqat şirkətlərinin liderlərinin, inkişaf sürətini yavaşlatma zərurəti barədə həmfikir olduqlarını görmək məni ümidləndirdi. Lakin məni daha da ümidləndirən şey, bu güclü yeni texnologiyanın necə inkişaf etdirilməsi məsələsinin ictimai müzakirələrimizin mərkəzində yer alması lazım olduğuna dair artan fərqindəlikdir” ifadələrini işlətdi.