Yaponiyada 100 yaşını keçənlərin sayı 100 mini keçdi
Yaponiyada 100 yaşını keçənlərin sayı tarixdə ilk dəfə 100 mini keçdi.

Yaponiya Səhiyyə Nazirliyi, ölkədə 100 yaş və üzərində olan əhalinin keçən ilə nisbətən 7 min 914 nəfər artaraq 107 min 677-yə yüksəldiyini və ölkə tarixində ilk dəfə 100 min həddini keçdiyini açıqladı. 100 yaşını tamamlayanların təxminən 88%-nin qadın olduğu vurğulanan açıqlamada, ölkədə 1963-cü ildə yalnız 153 olan 100 yaş üzəri insan sayının fasiləsiz şəkildə artım meylini davam etdirdiyi qeyd edildi.

'ƏN YAŞLI QADIN 114, ƏN YAŞLI KİŞİ 112 YAŞINDADIR'

Açıqlanan məlumatlara görə, ölkənin ən yaşlı insanı Kyoto şəhərində yaşayan 114 yaşlı Fuyo Kişimoto oldu. Yaponiyanın ən yaşlı kişisi ünvanını isə Kumamoto şəhərində yaşayan 112 yaşlı Hikaru Kato daşıyır.

Yaponiya, dünya üzrə orta ömür müddətinin ən yüksək olduğu ölkələr arasında yer alır. Orta ömrün qadınlarda 87,33 il ilə dünyada birinci sırada, kişilərdə isə 81,35 il ilə yeddinci pillədə olduğu bildirildi. Mütəxəssislər, uzun ömür müddətində balanslı və sağlam qidalanma vərdişləri, aşağı piylənmə nisbətləri və geniş əhatəli ümumi sağlamlıq sığorta sisteminin müəyyənedici rol oynadığını qeyd edirlər.