Danimarka Baş naziri Frederiksenin Rusiyaya reaksiyası: Təhlükəli bir hərəkət
Danimarka Baş naziri Mette Frederiksen, Baltik dənizində bir Rusiya hərbi gəmisinin Danimarka Hava Qüvvələrinə məxsus helikoptere işarə fişeği atmasını 'təhlükəli' bir hərəkət olaraq qiymətləndirərək reaksiya göstərdi. Danimarka Xarici İşlər Naziri Lars Lokke Rasmussen isə vəziyyətin qəbul edilməz olduğunu bildirərək Rusiyanın Kopenhagen səfirinin nazirliyə çağırıldığını elan etdi.

Danimarka Silahlı Qüvvələri tərəfindən verilən açıqlamada, Hava Qüvvələrinə məxsus 'Fennec' tipli bir helikopterin, Baltik dənizindəki Gedser qəsəbəsi açıqlarında bir Rusiya hərbi gəmisinə qarşı rutin fotoşəkil çəkmə vəzifəsi yerinə yetirdiyi zaman hədəf alındığı bildirildi. Rusiya hərbi gəmisinin helikopterə doğru iki təcili vəziyyət işarə fişeği atdığı, fişəklərdən birinin helikopterin çox yaxınından keçdiyi qeyd edildi.

Hadisədən sonra sosial media hesabından açıqlama verən Danimarka Baş naziri Mette Frederiksen, Rusiyanın mövqeyini tənqid etdi. Frederiksen açıqlamasında, “Dünən rutin bir uçuş zamanı Rusiyanın Danimarka ordusuna qarşı təhlükəli hərəkəti baş verdi. Rus hərəkətləri qorxutmağı və bölməyi hədəfləyir. Uğur qazanmayacaqlar. Biz təslim olmayacağıq” ifadələrini işlətdi.

Danimarka Xarici İşlər Naziri Lars Lokke Rasmussen də baş verən hadisəyə reaksiya göstərərək Hava Qüvvələri helikopterinə edilən bu müdaxilənin tamamilə qəbul edilməz olduğunu bildirdi. Rasmussen, baş verən inkişaf üzərinə hərəkətə keçdiklərini vurğulayaraq, “Rusiyanın səfiri hadisə ilə bağlı görüşmək üçün nazirliyə çağırıldı” dedi.