Səudiyyə Ərəbistanında Məkkə, Ciddə və Taif şəhərlərinin də olduğu bir çox bölgədə erkən xəbərdarlıq sistemləri işə salındı.
Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsinin sosial media hesabından edilən açıqlamada, Milli Erkən Xəbərdarlıq Platforması tərəfindən Məkkə, Taif, Ciddə üçün 'təhlükə' xəbərdarlığı edildiyi bildirildi. Bölgə sakinlərinə mümkün təhlükələrə qarşı diqqətli olmaları, rəsmilərin təlimatlarına əməl etmələri və izdiham yaratmaqdan çəkinmələri çağırışı edildi.