Səudiyyə Ərəbistanı: Məkkə hava məkanına girməyə çalışan PUA məhv edildi
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası, Səudiyyə Ərəbistanı Krallığı Hava Müdafiə Qüvvələrinin Məkkə hava məkanına girməyə çalışan bir pilotsuz uçuş aparatını qarşısının alındığını bildirdi.

 

Ərəb Koalisiyasının sözçüsü Briqada generalı Turki əl-Maliki sosial media hesabında verdiyi açıqlamada, dünən saat 19:00 radələrində Səudiyyə Ərəbistanı Krallığı Hava Müdafiə Qüvvələrinin Husilər tərəfindən buraxılan pilotsuz uçuş aparatını (PUA) Məkkədəki qadağan olunmuş hava məkanına girmədən əvvəl aşkar etdiyini bildirdi. Maliki, sözügedən PUA-nın Məkkə şəhərinin cənubunda qarşısının alındığını və məhv edildiyini qeyd etdi.