Los Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ-ın Los Anceles şəhərində xəbər helikopterinin düşməsi nəticəsində 3 nəfər həyatını itirdi.

 

ABŞ-ın Los Anceles şəhərində yerli vaxtla saat 19:00 radələrində avtobus qəzasını havadan çəkən televiziya helikopterinin düşməsi nəticəsində 3 nəfər həyatını itirdi. İki konteyner və bir avtomobilin üzərinə düşən helikopterin partladığı bildirildi. Los Anceles Polis Departamenti, düşən helikopterin onlara aid olmadığını açıqladı. Hadisə ilə bağlı araşdırmanı Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının aparacağı qeyd edildi.