Trampdan İran açıqlaması: Ümid edirəm ki, müharibənin sonuna doğru irəliləyirik
ABŞ Prezidenti Tramp, Tehran'ın onlarla birbaşa əlaqə qurduğunu bildirərək, “Ümid edirəm ki, İranla müharibənin sonuna doğru irəliləyirik” dedi.

ABŞ Prezidenti Donald Tramp, bir tədbirdə iştirak etmək üçün getdiyi Şimali Karolina ştatında təyyarədən enərkən mətbuat nümayəndələrinə açıqlamalar verdi. İran rəhbərliyinin razılaşma etmək üçün onlarla birbaşa əlaqə qurduğunu qeyd edən Tramp, Tehranın razılaşma etmək istədiyini söylədi. ABŞ-ın müharibənin hansı mərhələsində olduğu sualına Tramp, “Ümid edirəm ki, müharibənin sonuna doğru irəliləyirik. İran bir razılaşma etməyi çox istəyir, baxaq bu proses necə nəticələnəcək” cavabını verdi.

Tramp, İrandan birbaşa yoxsa vasitəçilər üzərindən xəbər aldığının sorulması üzərinə isə ‘birbaşa xəbər aldığını’ bildirdi.

ABŞ Prezidenti Tramp, digər bir açıqlamasında isə Kanadaya toxundu. Avropa İttifaqının Kanadanı ilk ortaq üzv etmə fikrini ‘gülünc’ hesab etdiyini dilə gətirən Tramp, bu addımın ‘düşməncə bir hərəkət’ olduğunu irəli sürdü. Tramp, jurnalistlərə ‘çox ciddi tariflər qoya biləcəyini və ya Avropa ilə ticarəti dayandıra biləcəyini’ vurğulayaraq, “Əgər yaxşı niyyətlidirsə problem yoxdur. Pis niyyətlidirsə Avropaya çox ağır tariflər qoyacağıq” ifadələrini işlətdi.