Paşinyan rus dili kurslarına yazılıb

Ermənistanın Baş naziri Nikol Paşinyan rus dili kurslarına gedir.

Ermənistan KİV-ə görə, o bu barədə hökümətin iclasında bildirib.

Nikol Paşinyan İdarəçilik Akademiyasına getdiyi müddətdə rus dilini öyrəndiyini gizlətməyib.

 

“Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda İdarəçilik Akademiyasında rus dili kursuna gedirəm. Kimsə yapon, ispan, çin, alman dilini öyrənə bilər”, - deyə Paşinyan hökumətin iclasında Ermənistanın əmək və sosial rifah naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışan bütün əməkdaşlar üçün ingilis dilinin öyrənilməsini məcburi etmək təklifinə münasibət bildirərkən deyib.

Sentyabrın 1-də Bişkekdə keçirilən ŞƏT+ sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə bu formatda keçirilən tədbirdə erməni dilində çıxış edib. TASS-ın müxbirinin verdiyi məlumata görə, o, MDB-yə üzv ölkələrin liderləri arasında çıxışını rus dilində etməyən yeganə lider olub.