Avstraliyada köpək balığı hücumunda 1 nəfər həyatını itirdi
Qərbi Avstraliyanın Perth bölgəsində köpək balığı hücumuna məruz qalan şəxsin həyatını itirdiyi bildirilib.

Qərbi Avstraliya Polisi, Perth şəhər mərkəzindən təxminən 20 kilometr məsafədə yerləşən Sorrento Çimərliyində yerli saatla 10.30 radələrində bir nəfərə köpək balığının hücum etdiyini açıqladı. Məlumat əsasında əraziyə qayıq və helikopter göndərildiyi bildirildi.

Rəsmilər, 1 nəfərin həyatını itirdiyini ifadə edərək, Marmion və Iluka bölgələri arasındakı təxminən 12 kilometrlik sahil xəttinin sabah günorta qədər bağlandığını bildirdilər.