Tramp: Böyük şeylər olacaq
ABŞ Prezidenti Donald Tramp, İran məsələsində qərar vermə mərhələsində olduğunu bildirərək, "Çox da uzaq olmayan bir gələcəkdə çox böyük şeylər olacaq" dedi.

ABŞ Prezidenti Donald Tramp ölkə mətbuatına açıqlamasında İran məsələsində hazırda qərar vermə mərhələsində olduğunu söylədi. Çox da uzaq olmayan bir gələcəkdə çox böyük şeylər yaşanacağını bildirən Tramp, "İranla bir anlaşma edib-etməmə və ya İranı ortadan qaldırma variantlarını dəyərləndirirəm. Masadakı variantlar İranı tamamilə məhv etmək, iqtisadi olaraq çürüməyə buraxmaq və ya bir anlaşma etməkdir. Uslu dursalar yaxşı olar" ifadələrini işlətdi.

Tramp, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasında İran Prezidenti Mesud Pezeşkiyan ilə görüşməyə açıq olduğunu da qeyd etdi.

Digər tərəfdən, İran mətbuatı, Pezeşkiyanın son ana qədər bir dəyişiklik yaşanmaması halında ABŞ-a getməsinin planlandığını bildirdi.