Həftənin əvvəlindən etibarən Yaponiyada təsirli olan Dujuan Tayfununda həyatını itirənlərin sayı 9-a çatdı.
Yaponiya Meteorologiya Agentliyi (JMA), Dujuan Tayfununun paytaxt Tokio və ətraf prefekturalar da daxil olmaqla ölkənin şərqində təsirini davam etdirdiyini açıqladı. Güclü yağışların həftə boyunca davam edə biləcəyi xəbərdarlığı edilərək, tayfunda həyatını itirənlərin sayının 9-a çatdığı bildirildi. Tayfun səbəbindən itkin düşən 4 nəfər üçün axtarış işlərinin davam etdiyi qeyd edildi.