Norveç, Fələstinə 13 milyon dollar yardım göndərəcək
Norveç, Fələstində mülki əhalinin ehtiyacları üçün istifadə olunmaq üzrə 13 milyon dollar yardım göndərəcəyini elan etdi.

Norveç Xarici İşlər Naziri Espen Barth Eide yazılı açıqlamasında Fələstinlilər üçün beynəlxalq dəstəyin vacib olduğunu bildirdi. Eide, Norveç hökumətinin Fələstində mülki əhalinin ehtiyacları üçün 13 milyon dollar dəyərində yardım göndərmək qərarı aldığını qeyd edərək, "Yardım Birləşmiş Millətlər Təşkilatı (BMT) və Dünya Bankı vasitəsilə çatdırılacaq" ifadəsini işlətdi.