İran: Hörmüz Boğazı 7 şərt yerinə yetirilənə qədər açılmayacaq
İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Möhsün Rızai, Hörmüz Boğazının Tehran rəhbərliyinin irəli sürdüyü 7 şərt yerinə yetirilənə qədər açılmayacağını bildirdi.

İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Möhsün Rızai ölkə mediasına verdiyi açıqlamada ABŞ-dan İranın şərtlərinə açıq və dəqiq cavab verməsini istədiklərini, lakin Vaşinqton rəhbərliyinin indiyə qədər bu istiqamətdə bir cavab təqdim etmədiyini söylədi.

Rızai, ABŞ-ın danışıqların davam etdiyi yönündəki açıqlamalarının iqtisadi təzyiqi azaltmaq və neft qiymətlərini aşağı salmaq məqsədilə edildiyini bildirərək, "Hörmüz Boğazı, İranın müəyyən etdiyi 7 şərt yerinə yetirilənə qədər yenidən açılmayacaq. Amerikalılarla hər hansı bir danışıqlar aparmadığımızı və Tehran ilə Vaşinqton arasında heç bir görüşmənin davam etmədiyini xüsusilə vurğulayıram" ifadələrini işlətdi.