Zelenski: Avropanın sülh danışıqlarında tək nümayəndə təyin etməsi lazımdır
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyayla gələcəkdə aparılacaq sülh danışıqlarında Avropanın digər Avropa ölkələrindən səlahiyyət alacaq tək bir dövlət başçısı tərəfindən təmsil edilməli olduğunu bildirdi.
Checkout
#060238

Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka səfəri çərçivəsində Kopenhagendə mətbuat nümayəndələrinə açıqlama verdi. Müharibəni dayandırmaq üçün liderlər səviyyəsində bir görüşə hazır olduqlarını bildirən Zelenski, Rusiyanın buna hazır olub-olmadığından əmin olmadıqlarını dedi. Zelenski, Avropadakı hər kəsin gələcək sülh danışıqlarında təmsil olunmaq istədiyini, lakin çox sayda nümayəndənin danışıqları çətinləşdirəcəyini vurğulayaraq, “Hər kəsin səsi çox önəmlidir, lakin 40 nəfər Rusiya Prezidenti Vladimir Putinlə danışa bilməz. Avropanın tək nümayəndəsi haqqında qərarın noyabr ayının sonuna qədər verilməsini ümid edirəm” ifadələrini işlətdi.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya heyətləri arasında aparılan üçtərəfli danışıqlara toxunan Zelenski, “Ruslarla anlaşmaq çətindir. Danışıqlarda humanitar məsələlər və təhlükəsizlik zəmanətləri müzakirə olunur. Müharibə əsirlərinin azad edilməsi prioritet məsələlər arasındadır” dedi.
Zelenski, ABŞ-a ehtiyacları olduğunu və Ukraynanın ala biləcəyi ən güclü təhlükəsizlik zəmanətinin Avropa və ABŞ-dan gələ biləcəyini qeyd edərək, “Daha çox müdafiə üçün Avropa resurslarına ehtiyacımız var” dedi.