Mirzoyan KTMT-nin XİN rəhbərləri görüşünü boykot edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin görüşünü boykot edib.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək.