Yaxın zamanda yeni külək enerji stansiyası istismara veriləcək.
Trend-in məlumatına görə, bunu Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu gün Qəbələ rayonunda “Savalan” şərab zavodunun ərazisində istifadəyə verilən hər birinin gücü 150 kVt/saat olmaqla 3 ədəd Günəş Elektrik Stansiyasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanda istifadəyə verilən hər bər olunan enerji məmbələri üzrə layihə ölkəmizin növbəti uğurudur. Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə bir neçə layihə həyata keçirilir.
“Artıq bir neçə günəş enerji layihələri istifadəyə verilib. Yaxın zamanda yeni külək enerji stansiyası istismara veriləcək. Artıq bu stansiyanın turbinləri Bakıya gətirilib”.
