ABŞ uranın zənginləşdirilməsini bərpa etmək niyyətindədir

ABŞ, həm Amerika, həm də Fransa şirkətlərinin iştirakı ilə uranın zənginləşdirilməsini bərpa etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kristofer Rayt bildirib.

 

O qeyd edib: “Biz ABŞ-da qismən Amerika şirkətləri ilə, qismən də Fransadakı tərəfdaşlarımızla uranın zənginləşdirilməsini bərpa edəcəyik”.

Qeyd olunur ki, zənginləşdirilmiş uran istehsalının bərpası planları 2024-cü ilin fevral ayında sabiq prezident Co Baydenin rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası tərəfindən elan edilmişdi.