İranda etiraz aksiyalarında öldürlənlərin sayı yeddi mini keçib, edamların sayı da kəskin şəkildə artır.
"Report" xəbər verir ki, bunu BMT-nin İranda insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi May Sato bildirib.
Onun sözlərinə görə, İranda 2025-ci ildə 1600-dən çox edam hökmü icra olunub.
M.Sato ötən il dekabrın sonunda başlayan və 2026-cı il yanvarın ortalarınadək davam etmiş etirazlar zamanı İran vətəndaşlarına qarşı genişmiqyaslı repressiyalara diqqət çəkib:
"Vətəndaş cəmiyyəti etirazlar zamanı 7 mindən çox ölüm faktını təsdiqləyib. Rəsmi hesabatlar on minlərlə insanın saxlanıldığını göstərir. İran hakimiyyəti həmçinin zərərçəkənlərə yardım göstərən tibb işçilərini və saxlanılan şəxsləri müdafiə etmək niyyətində olan vəkilləri də həbs edib".
O, təhlükəsizlik qüvvələrinin xəstəxanalara basqınları, yaralı etirazçıları həbs etdiyi, tibb personalını saxlayıb onlarla kobud davrandığı, həmçinin tibb müəssisələrində qorxu mühiti yaratdığı barədə xəbərlər aldığını vurğulayıb.
BMT məruzəçisi İranda davam edən internet kəsintisini də şərh edib: "Biz genişmiqyaslı repressiyalar, qətllər və saxlamalarla üzləşdik. İndi isə İran xalqı nəfəs dərməyə macal tapmamış hərbi əməliyyatlar başlayıb".