Səudiyyə Ərəbistanında səfirliklərə doğru yaxınlaşan dron zərərsizləşdirilib

Yaxın Şərqdə İsrail, ABŞ və İranın cəlb olunduğu silahlı münaqişənin davam etməsi fonunda Səudiyyə Ərəbistanın paytaxtında xarici diplomatik missiyaların yerləşdiyi rayonda pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Trend xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının hava hücumlarından müdafiə sistemləri son bir neçə saat ərzində İrandan buraxılmış çox sayda ballistik raket və dron zərərsiləşdirib. Onlardan birinin dağıntıları Şahzadə Sultan Hava Bazasına düşəsə də hər hansı dağıntı və ya can itkisinə səbəb olmayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

 

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.