ABŞ ilə İran arasındakı münaqişə həll olunmağa yaxınlaşır, lakin hələ tam başa çatmayıb.
Trend-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu fikirləri “Fox News” telekanalına müsahibəsində səsləndirib.
Tramp bildirib: “Düşünürəm ki, bu, başa çatmaq üzrədir”.
Bununla yanaşı, Prezident qeyd edib ki, ABŞ hələ prosesdə bütün məqsədlərinə nail olmayıb: “Görəcəyik, nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etməyə çox can atırlar”.