"Hizbullah" İsrailin şimalını raket atəşinə tutub

Livandan olan "Hizbullah" hərəkatı İsrailin şimalını raket atəşinə tutub.

Trend bu barədə İsrail mediasına istinadən xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin bildirdiyinə görə, bu dəqiqələrdə hərəkata aid döyüşçülər Qaliley bölgəsinə beş raket buraxıb. Onlardan ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, üçü isə açıq sahəyə düşüb.

 
Səhər saatlarından etibarən Livandan İsrailin şimalına təxminən 40-a yaxın raket atılıb.

Ölən və yaralananların olmadığı bildirilir.