Bu gün İranın cənub-qərbində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 3 polis əməkdaşı öldürülüb.
Trend bu barədə İran mediasına istinadən məlumat verib.
Asayişi təmin edən polis əməkdaşlarının naməlum silahlılar tərəfindən öldürüldüyü bildirilir.
Məlumata görə, aktı törədən şəxslər hadisə yerindən qaçıblar və onların axtarışı davam etdirilir.