İndoneziyanın Qərbi Kalimantan əyalətində radarlardan itmiş helikopterin qəzaya uğraması nəticəsində göyərtədə olan səkkiz nəfər həlak olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Helikopter yerli vaxtla səhər saatlarında naməlum səbəbə yerə çırpılıb. Xilasedicilər helikopterin yoxa çıxmasından sonra dərhal güman edilən qəza yerinə yaxınlaşsalarda, əlverişsiz coğrafi mövqeyə və məhdud görmə şəraitinə görə əməliyyatı təxirə salmalı olmuşduları.
Hələlik qəza səbəbləri ilə bağlı rəsmi açıqlama yoxdur. Həlak olan sərnişinlərin də kimliyi açıqlanmır.