ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İranın “Touska” adlı yük gəmisini ələ keçirməsini əks etdirən videogörüntüləri yayıb.
Trend xəbər verir ki, bu barədə CENTCOM öz rəsmi "X" səhifəsində paylaşım edib.
Paylaşılan videonun təsvirində bildirilir ki, ABŞ dəniz piyadaları helikopterlə "M/V Touska" gəmisinin göyərtəsinə enərək onu ələ keçirirlər. Əməliyyatın aprelin 19-da keçirildiyi qeyd olunur.
Bundan əvvəl CENTCOM bildirmişdi ki, İran bayrağı altında hərəkət edən “Touska” gəmisinin heyəti altı saat ərzində dəfələrlə edilən xəbərdarlıqlara cavab verməyib. Bundan sonra “USS Spruance” raketdaşıyan esminesi gəminin motorxanasına "Mark 45" tipli 127 millimetrlik topdan bir neçə atəş açıb. Daha sonra ABŞ dəniz piyadaları "Touska" gəmisinin göyərtəsinə eniblər.