İran atəşkəsin uzadılmasını ABŞ-nin hücum üçün vaxt qazanmaq cəhdi hesab edir

Vaşinqton tərəfindən elan edilən atəşkəsin uzadılması bir hiylədir və ABŞ tərəfindən İrana qarşı yeni qəfil hücum hazırlamaq üçün istifadə edilə bilər.

Trend-in məlumatına görə, bu barədə İran Parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, məğlub tərəf kimi ABŞ-nin öz şərtlərini yürütmək hüququ yoxdur.

 

M. Məhəmmədi həmçinin qeyd edib ki, İran limanlarının davamlı blokadası mahiyyət etibarilə bombardmandan fərqlənmir və hərbi cavabla qarşılanmalıdır.

O bildirib ki, atəşkəsin uzadılması İrana qəfil hücum üçün vaxt qazanmaq cəhdidir.