Rusiyanın hərbi təyyarələri Fransanın “Rafale” qırıcısının hədəfində (VİDEO)

Rusiyanın X-22 raketli “Tu-22M3” bombardmançısı, eləcə də “Su-30CM2” qırıcısı Fransanın “Rafale” döyüş təyyarəsinin hədəfində görüntülənib.

Trend xəbər verir ki, müvafiq kadrlard “Voennıy Osvedomitel” Telegram kanalında yayımlanıb.

“Rusiya istehsalı olan “Tu-22M3” bombardmançısı (X-22 raketi ilə) və “Su-"30SM2” qırıcısı Baltik dənizi üzərində qarşısının alınması və müşayiət zamanı Fransa istehsalı olan Rafale qırıcısının nişangahında olub”,- deyə məlumatda bildirilir.

 

Təyyarələrin Baltik səması üzərində qarşılaşmasının aprelin birinci yarısında baş verdiyi güman edilir.