Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda iştirak edəcək ölkələrin və idmançıların sayı açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnirdə 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparacaq. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edəcək.
Qeyd edək ki, Avropa Kuboku aprelin 30-dan mayın 3-dək davam edəcək.