ABŞ İraqdakı iranyönümlü qruplaşma lideri ilə bağlı məlumata görə 10 milyon dollar mükafat elan edib

ABŞ Dövlət Departamenti İraqda İranyönüml Kətaib Səyyid Əl Şühada (KSS) silahlı qruplaşmasının lideri Haşim Finyan Rəhim Əl-Səraci (Abu Əla əl-Vəlayi adı ilə tanınır) barədə məlumata görə 10 milyon dollar pul mükafatı təyin edib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

 

Rəsmi Vaşinqtonun bildirdiyinə görə, qruplaşma İraqlı dinc sakinləri qətlə yetirməkdə, ABŞ-nin İraqdakı diplomatik nümayəndəliklərinə, eləcə də ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına və şəxsi heyətinə hücumlarda ittiham olunur.

Bundan əvvəl, Vaşinqton oxşar pul mükafatını ötən ay Amerikalı jurnalist Şelli Kitlsonu girov götürmüş Kətaib Hizbullah qruplaşmasının lideri barəsində təyin etmişdi.