Tramp Britaniya kralı ilə İranı müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Karlın Vaşinqton səfəri çərçivəsində onunla NATO ilə bağlı məsələləri, eləcə də ABŞ-nin İrana qarşı əməliyyatını müzakirə edəcək.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

“O mənim dostumdur, və çox yaxşı oğlandır”, - Tramp yazıb.

 

“Reuters” agentliyi öz mənbələrinə istinadən yazır ki, Kralla keçiriləcək görüşdə, İran, NATO və Böyük Britaniyada rəqəmsal xidmətlərə tətbiq olunan vergi əsas müzakirə predmetləri olacaq.

Qeyd edilir ki, III Karlın və kraliça Kamillanın ABŞ-yə rəsmi səfəri 27-30 aprel tarixlərinə planlaşdırılır.