İran bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarının ixracına tətbiq etdiyi qadağanı ləğv edib.
Trend xəbər verir ki, bununla əlaqədar İranın Ticarət İnkişafı Təşkilatı məlumat yayıb.
Məlumata görə, bal, balıq, zeytun, xurma, əncir, portağal və kartof nişastası ixracına tətbiq olunan qadağa ləğv edilib.
Xatırladaq ki, ABŞ, İsrail və İran arasında münaqişə nəticəsində İran kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə qadağa tətbiq etmişdi.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.