Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, mayın 2–3-də Bakıda, Dənizkənarı Milli Park ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.
Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq. Yarış iki kateqoriyada - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək.
Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.